Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda İLK - Ölmüş şəxsin qaraciyəri 23 yaşlı qıza köçürüldü
Orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub. Mərkəz tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.
Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.
Belə ki, meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Mənzər Yaşar qızı Şərifovaya köçürülüb.
Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.
"Bildiririk ki, bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır",- məlumatda qeyd olunub.
"Orqan transplantasiyası" teqi üzrə xəbərlər
- Ötən il neçə orqanköçürmə əməliyyatı icra edilib?
- Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı üç dəfə artıb
- Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir - Bir donor səkkiz xəstəni yaşada bilər
- ABŞ-də ürək donoru orqanın çıxarılması əməliyyatı zamanı oyanıb
- İcbari tibbi sığorta hesabına icra olunan transplantasiya əməliyyatlarının sayı açıqlandı