Azərbaycanda İraq Şam İslam Dövləti (İŞİD) təşkilatına mahnı həsr olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Milli.Az-a oxuculardan biri məlumat verib.
Onun sözlərinə görə, ötən gün metronun “20 yanvar” stansiyasının yanında Sumqayıta gedən avtobusu gözləyirdi. Bu zaman disk və kaset satılan dükanlardan birinin qarşısındakı səsgücləndiricidən İŞİD-ə həsr olunmuş mahnı eşidib.
Oxucu deyir ki, mahnının sözlərində İŞİD vəsf olunur, onun dünyada ədaləti bərpa edəcəyi deyilirdi.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.
Qurumdan məsələnin araşdırılacağını söylədilər.