Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda neçə qadın vəkil var?
Azərbaycanda hazırda 2 503 vəkil fəaliyyət göstərir.
Oxu.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Bildirilib ki, bunlardan 2 003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2 034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir:
"Vəkilliyə test üsulu ilə qəbulun 2004-2018-ci illər aralığında (14 il ərzində) 5, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb".
Bildirilib ki, 2024-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 15 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. İxtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb.
"Eyni zamanda, hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bildirmək istərdik ki, bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib. Yekunda vəkillərin sayı artaraq 2503-ə çatıb".
Rəylər