Azərbaycanda cari ilin doqquz ayı ərzində ölkədə 43 min 640 ölüm halı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilir.
Hesablamalara görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları rəsmiləşdirilib. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.
2018-ci ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 min 594 nəfər gəlib. Azərbaycandan isə 1 min 165 nəfər gedən olub. Nəticədə ölkə üzrə miqrasiya saldosu müsbət 1429 nəfər təşkil edib.
Rəylər