Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda rəis vəzifəsindən azad olundu: Yeni təyinat var
Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub, yeni rəis təyin edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Sanitar-Təmizlik İdarəsinin rəisi Arzu Qurbanov vəzifəsindən azad olunub.
Ramin Talıbov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.
Digər sərəncama əsasən, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Anar Həziyev işdən azad olunub. İdarənin yeni rəisi Arzu Qurbanov təyin edilib.
Ən çox oxunanlar