Azərbaycanda son zəng tədbirləri başlayıb.
Oxu.Az xəbər verir ki, bu gün ölkənin bütün ümumi və tam orta təhsil müəssisələrində son zəng tədbirləri keçirilir.
Tədbirlərdə dövlət himni səsləndirilir, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Məzunlar müəllimlərinə və valideynlərinə təşəkkür edir, gələcək planlarından danışırlar. Məktəblərdə musiqili və ədəbi-bədii kompozisiyalar təqdim olunur, xatirə şəkilləri çəkilir.
Təhlükəsizlik məqsədilə müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülüb.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib
Bu gün Azərbaycanda "Son zəng" qeyd edilir.
Oxu.Az xəbər verir ki, 15 sentyabrda başlayan 2024-25-ci tədris ili bu gün başa çatır.
2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur. Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.
Bu il həmçinin 158 539 nəfər IX sinfi, 134 600 nəfər isə birinci sinfi bitirir.
2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 732 uşaq təhsil alıb.
2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 704 065 nəfər təşkil edib.
Qeyd edək ki, "Son zəng" ənənəvi olaraq ümumi və tam orta təhsil pillələrini başa vuran şagirdlərin şərəfinə keçirilir və onların məktəb həyatında yeni mərhələnin başlanğıcını simvolizə edir. Bu münasibətlə respublikanın bütün məktəblərində məzunlar üçün bayram şənlikləri, xatirə tədbirləri və müxtəlif mədəni-əyləncəli proqramlar təşkil olunur.