Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda stüardessa axtarılır
Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) stüard vakansiyalarına müsabiqə elan edib.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə AZAL-ın məlumatında deyilir. Şirkət həmin vəzifəyə yaşı 18-dən 30-dək olan qız və oğlanları qəbul edir.
Qızların boyu 165-180 sm, çəkiləri 75 kiloqramadək, oğlanların boyu 170-185 sm, çəkiləri 80 kq-dən çox olmamalıdır. İddiaçılar Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidirlər. Digər dilləri bilmək alqışlanır.
Kastinqdə iştirak üçün sənədlər noyabrın 1-dək, hər gün saat 17:00-dək qəbul olunur. Əlaqə telefonları: (012) 497-26-00 (24-04, 24-22, 26 24).