Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəfat edib.
Oxu.Az xəbər verir ki, onun meyiti bu gün Şamaxı şəhərində, kirayə yaşadığı evdə aşkarlanıb. Hadisə şəhərin Adil Quliyev küçəsi, 12 ünvanında baş verib.
Məlumata görə, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bundan əvvəl isə o, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edib.
Gəncə şəhərindən olan Vüsal İbrahimov ailəli olub və beş övladı var.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.
Oxu.Az xəbər verir ki, mərhumun yaxınları onun vəfatı ilə bağlı məlumat yayıblar.
V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bundan əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.