Lerik rayonunda zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan saat 15:31-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.6, ocağının dərinliyi isə 24 kilometr olub.
Məlumata görə, yeraltı təkan Lənkəran rayonunda da hiss olunub.
Qaynar xətt:
(055) 224 12 12