İyunun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-24 dərəcə isti olacaq.
Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlıq və dağətəyi rayonlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.