Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov doğum gününü qeyd edir.
Oxu.Az xəbər verir ki təhsil naziri, Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvü olub. İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə “İçəri Şəhər” Qoruğunun direktoru kimi fəaliyyət göstərib.
Ailəlidir, iki uşağı var.
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olunub.