Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Nepalda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar təbii fəlakət bölgəsində olan Azərbaycan və digər ölkə vətəndaşlarının təxliyyəsi həyata keçirilir.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, aprelin 30-da Nepaldan yola düşən və göyərtəsində 13 Azərbaycan və 4 Gürcüstan və vətəndaşının olduğu təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla edib.