2018-ci ildə “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə rekord sayda müraciət daxil olub.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, builki nəticələr ötən illə müqayisədə daha çoxdur:
“2017-ci ildə 140 min müraciət daxil olduğu halda, 2018-ci ildə 203 min müraciət daxil olub. Müraciətlərdən üç minə qədəri obyektinin elektrik şəbəkəsinə qoşulmasını istəyən sahibkarlar tərəfindən edilib.
Evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək üçün müraciət edənlərin sayı isə 40 minə yaxın olub. Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla, müraciətlərin əksəriyyəti icra olunub”.
Könül Cəfərli
Rəylər