Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Azərişıq" rəsmisi: "Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək"
"Zəngilan şəhərində elektrik verilişi xətlərinin hamısı yeraltı çəkiləcək".
"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Qarabağ Regionunun İstismar üzrə rəis müavini Rəşad İbrahimov bildirib.
Onun sözlərinə görə, Zəngilan şəhərində yerləşən 1 saylı 35/4 kilovoltluq yarımstansiyanın üstünlüyü ondan ibarətdir ki, ətrafda olan bütün yaşayış və ictimai obyektlərə elektrik verilişi xətləri tam olaraq yeraltı çəkiləcək.
O bildirib ki, bu yarımstansiyada iki ədəd 2.5 MVt transformator quraşdırılıb:
"Bu transformatorlar yaxın ərazidə olan bütün obyektlərə - məktəb və yaşayış binalarına elektrik verilişi xətlərinə tam olaraq dayanıqlı enerji ilə təmin edəcək. Zəngilan şəhərinin Baş Planına uyğun olaraq şəhərdə 24 ədəd qapalı tipli yarımstansiya olacaq. Bunun da üstünlüyü odur ki, yerüstü olan bütün elektrik xətləri ləğv olunaraq abonentə qədər olan xətlər yeraltı xətlərlə çəkiləcək".
Daha çox foto burada: Photostock.az
"Azərişıq ASC" teqi üzrə xəbərlər
- Qazaxda yararsız olan İŞIQ DİRƏKLƏRİ - Qurum problemin həll edildiyini deyir
- Faciəli şəkildə ölən şəxs "Azərişıq"ın əməkdaşı imiş
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Bakının bir qəsəbəsində beş gün fasilələrlə işıq olmayacaq
- "Azərişıq" işığımızı nə vaxt kəsə bilər? - HÜQUQİ İZAH