Hazırda Bakı şəhərinin 95 faizində işıqla bağlı problem yoxdur.
Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, elektrik enerjisinin verilişinin bərpası ilə hazırlıqlar davam edir:
“Artıq dövlət xəstəxanaları, Bakı Metropoliteni, hərbi hissələr, su-kanalizasiya idarələri və digər dövlət əhəmiyyətli bütün obyektlər elektriklə təmin olunub”.
Tanrıverdi Mustafayev qeyd edib ki, regionlarda qərb və şimal rayonları 100 faizi, digər ərazilərin isə 40-80 faizi enerji ilə təchiz olunub.
“Azərişıq”dan elektrikin verilməsi ilə bağlı - AÇIQLAMA
İlhamə Əbülfət
www.oxu.az
Rəylər