Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb.
Eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də, Bakı-Moskva qatarı artıq Bakıya çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.
09:09
Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.
“Azərbaycan Dəmir Yolları”ndan Oxu.Az-a verilən məlumata görə, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt elektrik qatarları işləmir - YENİLƏNİB
Rəylər