SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması məqsədi ilə 03 iyul 2018-ci il tarixdə aparılması nəzərdə tutulan təmir-bərpa işləri texniki səbəblərə görə təxirə salınıb.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək hal-hazırda həmin ərazilərə təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur.
Rəylər