Hava şəraiti ilə əlaqədar Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması müvəqqəti olaraq təxirə salınıb.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, adıçəkilən ərazilərdə içməli suyun verilişi əvvəlki qaydada davam etdiriləcək:
“Su təminatında məhdudiyyətin elan edildiyi Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələri əvvəlki rejimdə içməli su ilə təmin olunur. Magistral su xəttində təmir-bərpa işlərinin aparılması və bununla əlaqədar su təchizatının dayandırılacağı barədə əlavə məlumat veriləcək”.
17 dekabr, 18:03
Paytaxtın Səbail rayonun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, bu gün axsam saat 22:00-dan etibarən adıçəkilən ərazilərdə içməli suyun verilişi dayandırılacaq:
“Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 17 dekabr tarixində saat 22:00-dan etibarən Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq” .
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Könül Cəfərli
www.oxu.az
Oxu.Az yeniləndi!