Azərbaycanın Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC bütün texnika və canlı qüvvələrin yolların qardan təmizlənməsinə səfərbər edildiyini açıqlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, gecə saatlarından etibarən canlı qüvvə və texnika yollara çıxıb:
“Hər bir istismar sahəsi nəzarət etdiyi ərazidə canlı qüvvə və texnikaları ilə səhərədək işləyib. İş dayanmadan həyata keçirilir. Lakin bir çox naşı sürücülər yolların təmizlənməsinə maneə törədir. Biz bir daha xahiş edirik ki, sürücülük təcrübəsi olmayan şəxslər fərdi nəqliyyat vasitələri ilə yollara çıxmasınlar”.
Qeyd edək ki, Azərbaycanın Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin 25 min kubmetr qum, 1500 ton texniki duz ehtiyatı və 1100 maşın-mexanizmi yolların təmizlənməsi işinə cəlb edilib.