Nizami rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Babək prospektində hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü anidən idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan “AzSamand” markalı digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu