"Bakı-Pirşağı-Sumqayıt qatarının gecikməsinə səbəb sərnişin sıxlığı olub".
Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
"Başqa hər hansı problem olmayıb", - deyə B.Hacıyev qeyd edib.
Əzizə İsmayılova
Bakı Dəmiryol Vağzalında sərnişin sıxlığı yaranıb.
Oxu.Az xəbər verir ki, saat 18:40-da platformaya daxil olan Bakı-Pirşağı-Sumqayıt qatarı 10 dəqiqədən çox gecikib.
Bildirilib ki, gecikmə ilə bağlı sərnişinlərə hər hansı məlumat verilməyib. Bu isə vağzalda gözləyən insanların narazılığına səbəb olub.