Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yaralananlardan 1 nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, saat 10:45 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 2004-cü il təvəllüdlü, Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1974-cü və 1951-ci təvəllüdlü xəstələrə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətləri stabildir.
Hazırda hər üç xəstənin müalicəsinə davam edilir.
13:08
Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 115-ci kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, “Hyundai Santa Fe” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Xəsarət alan sərnişinlər təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli