Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakı-Şamaxı yolunda hərəkət iki ay müddətinə qismən məhdudlaşdırılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
Bu barədə Oxu.Az-a AAYDA-dan məlumat verilib.
Müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Körpüyə aparan yanaşma yollarının genişləndirilməsinə başlanılıb
- Əhmədbəyli-Füzuli-Şuşa yolu layihəsi beynəlxalq mükafata layiq görülüb
- Bakının ən böyük prospektlərindən birində hərəkət tam məhdudlaşdırılacaq
- Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
- İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib