Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
İyulun 7-si saat 17:00-a olan məlumata görə, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.
İyulun 7-si saat 11:00-a olan məlumata görə, gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi Göygöldə 16 metr/saniyə, Şahbuzda 17 metr/saniyəyədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.