Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə aprelin 16-da paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Natiq Əzimov yaşadığı evin həyətində özünü asıb. Onun meyitini yaxınları aşkarlayıblar.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.