Bu gecə Bakının Nəsimi rayonunda çoxmərtəbəli mərtəbəli yaşayış binasının liftində 7 nəfər köməksiz vəziyyətdə qalıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaradıb.
Əməliyyat saat 00:24 radələrində başa çatıb.
Elvin Əhmədov
www.oxu.az