"Qış parkı"nın altında yerləşən dayanacağın girişindən kimlərsə qanunsuz olaraq avtomobil saxlayırlar".
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə yazılıb.
Qeyd olunub ki, artıq xeyli vaxtdır ki, vəziyyət belədir və bu qanunsuzluğa görə heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə yol hərəkəti qaydalarını pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülür.
"Mövcud qanunvericiliyin tələblərinə əsasən, girişlərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır. Təəssüflər olsun ki, bəzi sürücülər hətta parkinq olan yerdə belə dayanma-durma qaydalarına riayət etmirlər.
Yol polisi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri həyata keçirilir. Sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər"- deyə T. Nəsirli vurğulayıb.
Video və şəkilləri təqdim edirik:
Əzizə İsmayılova
Rəylər