Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov, 157 ünvanında yaşayan sakinlər təhlükə ilə üz-üzə qalıblar.
Baku TV-nin məlumatına görə, onlar ikimərtəbəli yaşayış binasının qəzalı vəziyyətdə olmasından narazıdırlar.
Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayırlar - VİDEO
Sakinlərin sözlərinə görə, tavan və döşəmə çökmək üzrədir, divarlarda isə dərin çatlar əmələ gəlib.
"Bütün tavan üstümüzə gəlir. Adam qorxur. Bir dəfə gördüm elə gurup-gurup səs gəlir, dedim, ay allah, görəsən, bu nədir? Qızım dedi ki, burada ev aşıb. Bu dəfə də aşsa, qalacağam evin altında", - deyə sakinlərdən biri qeyd edib.
Qaynar xətt:
(055) 224 12 12