Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.
Bildirilib ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onun liftdən çıxarılması təmin edilib.