Bakıda sərnişinlər 166 nömrəli müntəzəm marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sərnişinlərin sözlərinə görə, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən "8-ci kilometr" bazarı istiqamətində hərəkət edən 166 nömrəli avtobuslarda hər gün sərnişin sıxlığı müşahidə edilir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Görüntüləri təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12