Bakıda sərnişinlər 166 nömrəli müntəzəm marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sərnişinlərin sözlərinə görə, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən "8-ci kilometr" bazarı istiqamətində hərəkət edən 166 nömrəli avtobusların sayı azdır:
"Bu səbəbdən sərnişinlərin bir qismi yolda qalır. Avtobuslarda sıxlıq dəhşətdir, qapıdan asılı qalanlar var, Allah ümidinə gedirik".
Redaksiyamıza daxil olan görüntülərdə də avtobusda sərnişin sıxlığı müşahidə olunur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.