Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanması üçün Bakıda daha bir neçə ünvan ayrılıb.
Yardımlar Bakıda İdman (keçmiş Əl Oyunları, Neftçilər prospekti) Sarayında və Heydər Əliyev adına İdman Konsert Kompleksində də (Tbilisi prospekti) toplanır.
Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Görkem Yelgin - 050 285 01 01
Muhemmed Emin Kalan - 050 736 71 00
Ferhat Çeğil - 055 604 36 96
Ramil Hümbətov - 050 567 75 77
Qeyd edək ki, yardım etmək istəyənlər Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi, 2008-ci məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şosesi, 22 (Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda) və Ağ şəhər, Yaşıl Ada, nömrə 2 ünvanlarına da müraciət edə bilərlər.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Faciə nəticəsində 6 234 nəfər həlak olub.