Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda görüntüsü yayılan çadralı şəxs POLİSƏ ÇAĞIRILDI
Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub. Qadının hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib:
"Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb. Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar", - E.Hacıyev bildirib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
- Bakının mərkəzində əcnəbi işçilərin sakinlərə daş atdığı deyilən söküntü ilə bağlı AÇIQLAMA
- Tanışına SIM-kart almağa kömək etdi: Adına 200 MİN manat borc gəldi
- TDT DİN başçılarının növbəti görüşü Qazaxıstanda keçiriləcək
- Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb