Bu gün səhər saatlarında İranın Xorasan Rəzəvi əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 29 nəfərə çatıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Sözügedən əyalətin Türbət Heydəriyyə şəhərində 23 nəfərin, Roştxarda dörd nəfərin, Qonbəd və Taybad şəhərlərində isə iki nəfərin xəsarət aldığı bildirilib.
Qeyd edilib ki, insanların zəlzələ zamanı qaçması və izdiham yaranması onların xəsarət almasına səbəb olub.
Bu gün səhər saatlarında İranın Xorasan Rəzəvi əyalətində baş verən zəlzələ nəticəsində 19 nəfər xəsarət alıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən məlumat yayıb.
Məlumatı əyalətin qubernatoru Seyid Məsud Yavəri də təsdiq edib. O, xəsarət alanların sayının yüksələcəyini də istisna etməyib.
Bu gün səhər saatlarında İranın Xorasan Rəzəvi əyalətinin Roştxar şəhərində 5 bal gücündə zəlzələ baş verib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.
Məlumata görə, yerli vaxtla 05:10-da baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində hələlik dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.