"Fevralın sonunda başlayan münaqişədən bəri ABŞ Silahlı Qüvvələrinin İrana qarşı apardığı müharibəyə çəkdiyi xərclər 48 milyard dolları keçib".
Oxu.Az "The Hill" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun baş nəzarətçisinin müavini Artur Miller ABŞ Konqresində keçirilən dinləmələrdə bildirib.
Pentaqon rəsmisinin sözlərinə görə, bu məbləğə döyüş sursatlarının, hərbi texnika və avadanlıqların dəyişdirilməsi, eləcə də əməliyyat xərcləri daxildir.
Eyni zamanda, Miller qeyd edib ki, göstərilən məbləğə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına dəyən ziyan daxil deyil.