Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nazir Uraloğlu İstanbul kanalı üçün nöqtəni qoydu
Son günlər Türkiyənin iki nazirinin İstanbul Kanalı layihəsi ilə bağlı bir-birinə zidd açıqlamaları ölkə mediasında geniş müzakirələrə səbəb olub.
Belə ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin rəhbəri Murat Kurum layihənin hazırda gündəmdə olmadığını və mövzu üzərindən süni polemikaların yaradılmasının düzgün olmadığını qeyd edib.
Digər tərəfdən, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihədən imtina edilmədiyini, uyğun maliyyə imkanları yarandıqda mütləq həyata keçiriləcəyini bildirib. O, layihənin zəruriliyini və ictimai rəylərin nəzərə alındığını vurğulayıb.
Bu ziddiyyətli açıqlamalar ictimaiyyətdə çaşqınlıq yaradıb və layihənin taleyi ilə bağlı suallar doğurub.
Oxu.Az-ın verdiyi məlumata görə, "Haber Global" bununla bağlı süjet hazırlayıb.
Həmin süjeti təqdim edirik:

"Abdulkadir Uraloğlu" teqi üzrə xəbərlər
- Türkiyədə unikal layihə: Yolda sabit sürətlə hərəkət edəndə "Türk marşı" eşidilir
- İstanbul aeroportu Avropada ilkə imza atacaq
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
- Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb
- Uraloğludan Zəngəzur dəhlizi ilə bağlı şad xəbər: "Türk Dünyasına qapı açılır"