Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində 10-OJ-041 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün təhlükəli manevrlər etməsi ilə bağlı rəsmi açıqlama verilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxs hazırda ölkə hüdudlarından kənardadır.
Qeyd edək ki, sürücünün yol hərəkəti qaydalarını pozduğuna dair görüntüləri sosial şəbəkədə yayımlanıb.
Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində avtoxuliqanlıq qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Belə ki, 10-OJ-041 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolda təhlükəli manevr edərək qoşa xəttin tələbini pozaraq drift edib və qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
"Lüks avtomobil" teqi üzrə xəbərlər
- Avtomobilinizin salonunda haqqında məlumatsız olduğunuz düymələr
- Dünyada yeddi dənə olan avtomobilin səkkizincisini Hindistanda kustar üsulla düzəltdilər
- Avtomobilin dəri salonunun beş mənfi cəhəti - Mütəxəssisdən açıqlama
- Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
- "GAC Motors"dan "İlin son fürsəti" kampaniyası 3 000 AZN-dək endirim!