Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Həsrətquliyev Əlövsət Əli oğlunu vuraraq hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.