Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda qazanxanada partlayış olub - Hadisə yerindən GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evinin qazanxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evinə bitişik qazanxanada yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qazanxanada olan kombi aparatı, generator və su çəninin qapaq hissəsi yanıb. Partlayış dalğasının təsirindən qazanxananın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb, qarajın jalüz qapısı və həyətin giriş darvazası yerindən çıxıb, evin birinci mərtəbəsində pəncərə şüşələri qırılıb.
Fərdi yaşayış evi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.

"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- Almaniyada məşhur təkər zavodunda PARTLAYIŞ: Yaralılar var
- Bakıda yaşayış evində baş verən dəhşətli partlayışda xəsarət alanların SON DURUMU açıqlandı
- Ermənistanda qazdoldurma məntəqəsində partlayış: Xəsarət alanlar var
- Türkiyədə yanacaq tankeri partladı: Ölənlər və yaralananlar var
- "Oba market"də partlayış zamanı xəsarət alan üçüncü şəxsin kimliyi məlum olub