Piyada ölümü ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan 1983-cü il təvəllüdlü Cəbrayılov Eyvaz Oktay oğlu idarə etdiyi “Chevrolet Cruze” markalı, 99 TE 325 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində yolu keçmək istəyən 45-50 yaşlarında naməlum kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Könül Cəfərli