Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda qəzalı binada yaşayan sakinlər təhlükə ilə üz-üzədirlər
Səbayıl rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov, 3 ünvanında yerləşən yataqxana binası qəzalı vəziyyətdədir.
Sakinlər "Xəzər Xəbər"ə müraciət edərək, vəziyyətin çox pis olduğunu bildiriblər. Bina əvvəllər gəmi təmiri zavodunun yataqxanası olub və bu zavodda çalışanlara verilib. Hazırda isə bina bərbad vəziyyətdədir.
Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalır.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, yataqxana Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyinə əsasən, qəzalı vəziyyətdədir. Məsələ ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.
Ətraflı süjetdə:

"Qəzalı binalar" teqi üzrə xəbərlər
- Bakıda binanın örtüyü sakinlərə təhlükə yaradır
- Bakıda təhlükəli vəziyyət: Sakinlər qorxu içində
- 1960-cı ildə inşa olunan binada heç bir təmir işi aparılmayıb - İcra hakimiyyətindən açıqlama
- Qəzalı vəziyyətdə olan, plana düşən binalar nə vaxt söküləcək? - Proses niyə yubanır?
- Eldar Əzizov: "Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var"