Bakıda qudalar arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə cari ilin aprel ayında baş verib:
“Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”.
17:52
Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində mübahisə baş verib.
Bu barədə “Report” videogörüntülər yayıb.
Belə ki, İH həyətində qudalar əlbəyaxa olublar.
Daha sonra qudalardan biri avtomobilini onun üzərinə sürüb.
Hadisə anının görüntülərini təqdim edirik: