Bakıda güclü küləyin təsiri nəticəsində maşının üzərinə asan qurumuş ağac ərazidən götürülüb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məlumat verilib.
Bildirilib ki, dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağac birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb.
Bakı şəhərində gecədən bəri davam edən güclü külək fəsadsız ötüşməyib.
Oxu.Az xəbər verir ki, paytaxt ərazisində küləyin təsiri nəticəsində qurumuş ağac "Hyundai Tucson" markalı avtomobilin üzərinə aşıb.
Nəticədə avtomobilin arxa şüşələri sınıb, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Sözügedən hadisəyə dair görüntünü təqdim edirik:
Aygün Mirakif