Səbail Rayon Məhkəməsində Bakıda Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videosunu sosial şəbəkədə paylaşan əcnəbilərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqdimatlar təmin edilib və həmin şəxslərin hər biri barəsində üç ay həbs qətimkan tədbiri seçilib.



Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkib paylaşan əcnəbilərin məhkəməsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hər üç əcnəbi hakim qarşısına çıxarılıb.
Hazırda onların barəsində həbs qətimkan tədbiri seçilir.
Məhkəmə prosesi qapalı keçirilir.






Bakıda Şəhidlər xiyabanında qeyri-etik davranışa yol verən əcnəbilər məhkəməyə aparılıblar.
Oxu.Az-ın məlumatına görə, həmin şəxslər barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə gətiriliblər.
Hazırda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
@tv.oxu ❗️📢 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə aparılıb #şəhidlərxiyabanı #Bakı #oxuaz#şəhidlərxiyabanı #Bakı #oxuaz
♬ Epic News - DM Production
Samir Əli
Avqustun 17-də üç əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bakıdakı Şəhidlər xiyabanında etik normalara zidd davranışlar sərgiləyərək onu sosial şəbəkələrdə yayan xarici ölkə vətəndaşları saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər yayımlanıb.
Xatırladaq ki, bir qrup xarici ölkə vətəndaşının Şəhidlər xiyabanında etik normalara zidd davranışını özündə əks etdirən videogörüntülər cəmiyyətin haqlı narazılığına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri həmin şəxslərin hərəkətlərini kəskin şəkildə qınayaraq onların məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Əldə olunan son məlumata əsasən, polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıblar və faktla bağlı araşdırmalara başlanılıb.
Əzizə İsmayılova