Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda "Tesla" qəzaya düşdü: Ölən var
"Xətai rayonu, 8 Noyabr prospektində baş verən yol-nəqliyyat hadisəsi 11 noyabr səhər saat 06:20-də qeydə alınıb".
Bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında deyib.
"Hadisə "Chevrolet" markalı 77-NT-394 dövlət nömrə nişanlı avtomobillə Yüksəl Mahal oğlu Cəfərlinin idarə etdiyi "Tesla" markalı 20-BK-900 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində baş verib.
Nəticədə "Chevrolet" markalı nəqliyyat vasitəsinin sürücüsü Eşqin Manafov həyatını itirib", - deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet" markalı minik avtomobili ilə "Tesla" markalı minik avtomobili toqquşub və 1 nəfər "Chevrolet" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI