Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda baş verən torpaq sürüşməsi: Ərazidə hansı təhlükə gözlənilir?
Oktyabrın 16-da Bakının Xətai rayonu, Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi baş verib.
Sakinlərin sözlərinə görə, hündürlükdə çoxsaylı evlərin tikilməsi torpağın yüklənməsinə səbəb olub. Eyni zamanda, ərazidə su xətləri və kanalizasiya borusu riski daha da artırır.
"Torpaq kütləsinin, onun üzərində olan qayaların gələcəkdə sürüşmə nəticəsində gəlməsi binaya, buradan keçən insanların həyatına ciddi təhlükə saçır. Proses illərdir gedirdi. Aidiyyəti qurumlara müraciət etmişik. Onlar hadisənin təhlükəli olduğunu bildirsələr də, tədbir görülməyib", - deyə sakin bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçmasının sürüşməyə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, ərazidə ciddi təhlükə yoxdur.
Ətraflı Baku TV-nin süjetində:
"Bakının Xətai rayonunda yerləşən Gəncə prospekti, 97 ünvanında baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub".
Oxu.Az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.
O, bildirib ki, agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur.
"Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək", - deyə Ə.Əliyev qeyd edib.
Bakının Xətai rayonunda yerləşən Gəncə prospekti, 97 ünvanında dünən günorta saatlarında torpaq sürüşməsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində yaşayış binasının arxasında yerləşən istinad divarı uçma təhlükəsi ilə üz-üzə qalıb.
Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinə sorğu ünvanladıq.
Agentliyin idarə heyətinin sədri Əli Əliyev Oxu.Az-a açıqlamasında bildirdi ki, baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerinə cəlb olunublar:
"Əməkdaşlarımız hazırda ərazidə araşdırma və monitorinqlər aparırlar. Son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Nəticələr barədə ətraflı məlumat veriləcək", - deyə Ə.Əliyev qeyd edib .
Əzizə İsmayılova
"Torpaq sürüşməsi" teqi üzrə xəbərlər
- Bakı sakinləri niyə gecə küçədə yığışdılar? - "Təhlükəli vəziyyətdəyik"
- Yol tikintisi zamanı ikiyə bölünən obyektə görə kompensasiya ödəniləcək?
- Şamaxıda çökən yolun düzəlməsi günəşli günlərə qaldı
- Türkiyədə mərmər mədənində torpaq sürüşməsi: Ölənlər var
- Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ - Aidiyyəti qurumlar əraziyə cəlb olundular
Rəylər