Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda zəncirvari qəza: Xəsarət alanlar var
Bakının Xəzər rayonunda dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb.
Belə ki, yüksək surətlə hərəkətdə olan "Chevrolet" markalı maşının qarşısına köməkçi yoldan digər nəqliyyat vasitəsi çıxıb və nəticədə qəza baş verib.
Qəzada dörd avtomobil toqquşub, iki nəfər xəsarət alıb.
Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar.
Avtomobillər yoldan təxliyə edilib.
Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.
"Xəzər Rayon Polis İdarəsi" teqi üzrə xəbərlər
- Binədə marketlərdən 54 min manatlıq naqil oğurlayan şəxslər saxlanıldılar
- Bakıda mübahisə qanla bitdi: Arvadı ilə münasibətdə olan qonşusunu BIÇAQLADI
- Qaz sayğaclarını oğurlayıb çıxarışsız evlərə satanlar ƏLƏ KEÇDİLƏR
- Bakıda bir nəfərin 22 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanıldılar
- İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı ƏMƏLİYYAT
Ən çox oxunanlar