Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"BakıKart" tətbiqinin işində problem yarandı - RƏSMİ AÇIQLAMA
"BakıKart" tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar.
Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik", - deyə məlumatda bildirilir.
Artıq üçüncü gündür, "BakıKart" tətbiqi işləmir.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə şikayətlər yazılıb.
Şikayətçilər qeyd edirlər ki, "BakıKart" tətbiqinin üzərində ciddi işləməyə, təkmilləşdirməyə ehtiyac var. Çünki istifadəyə verildiyi vaxtdan doğru-düzgün işləmir: ödəniş daxil edilən zaman kəsilmələr baş verir, proqram olduqca çətin açılır, "Birbank"la yaradılan QR-kodu validator çox gec oxuyur, izləmə funksiyası işləmir, bəzən izləmədə gələcək avtobusun vaxtı 15 dəqiqə göstərdiyi halda, avtobus üç dəqiqə sonra dayanacağa gəlir və s.
Tətbiqin hansı səbəbdən işləmədiyi məlum deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanıb. Qurum məsələyə aydınlıq gətirəcəyini bildirib.
Əzizə İsmayılova
"BakıKart" teqi üzrə xəbərlər
- "BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA
- "Birbank" mobil tətbiqində ödənişlərlə bağlı problem: Ödənişlər geri qaytarılacaq?
- "4 AZN ödəyərək 6 ay pulsuz istifadə" - "BakıKart" adı altında SAXTA SƏHİFƏLƏR AÇILIB
- Nazir müavini: "BakıKart" proqramı yaxın günlərdə istifadəyə veriləcək"
- "BakıKart" hesablarındakı pulların aqibəti necə olacaq?
Rəylər