Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının 28 May küçəsi təmir olunur
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.
Daha sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
"Yol təmiri" teqi üzrə xəbərlər
- Bakıda hər yağışdan sonra palçıq əmələ gəlir: Qurum qazmaq üçün icazə gözləyir
- Zabrat qəsəbəsinin sakinləri illərdir yol problemindən əziyyət çəkirlər - ŞİKAYƏT
- Bakının mərkəzində yeni təmirdən çıxan küçə yenidən qazılır
- Bakının mərkəzində təmirdən çıxan küçə YENİDƏN QAZILIR
- Binəqədidə yollar asfalt üzünə həsrət qalıb: Sakinlər çətin vəziyyətdə
Rəylər