Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının Yasamal və Suraxanı rayonlarının bəzi hissələrində qaz olmayacaq.
Bu barədə Oxu.Az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsində qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə martın 18-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi küçəsi və Tbilisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.